Bir qrup siyasi aktivist 01.02.2020-ci tarixində Almaniyanın Reklenhausen, Datteln və Lünen şəhərlərində “Diktatoru tanıdaq” aksiyası keçiriblər. Bu haqqda saytımıza aksiyanın təşkilatçılarından biri olan Qaçay Piriyev məlumat verib. Aksiyanın məqsədi alman cəmiyyətinin diqqətini Azərbaycanda baş verən hadisələrə çəkməkdir. Alman cəmiyyəti Azərbaycandakı diktatura rejimin fəaliyyətindən məlumatsızdır. Azərbaycanda korrupsiya, məmur özbaşınalığı nəticəsində, insanlar siyasi baxışlarına və dini əqidəsinə görə təqib və ya həbs olunur. Baş verənlər haqqında demokratik dünyanı məlumatlandırmaq lazımdır. Bu səbəbdən düşünürük ki, aksiyalar davam etməlidir.