Bu gün Bakı Apelyasiya məhkəməsində AXCP Rəyasət heyətinin üzvü Məmməd İbrahimin inzibati həbsindən verilmiş şikayətə baxılıb. Məhkəmə iclasında Məmməd İbrahim və vəkili Elçin Sadıqov çıxış edərək inzibati işə xitam verilməsini istəyib. Hakim Rəşad Abdulov Xətai rayon məhkəməsinin 10 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb.
Qeyd: Məhkəmə prosesi 11:30-a təyin olunsa da bir saat tez başlayıb.