Bugün MSK-nın önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiya öncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə xəbərlər yayılıb.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov həmin xəbərlərin doğru olmadığını bildirib: “Bu məlumatlar reallığı əks etdirmir. Çünki indiyə qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib. Ola bilər, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir.
Yeri gəlmişkən xatırladım ki, dünən xəbər verdiyimiz kimi, razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”.