Səbuhi Məmmədlinin müalicəsinə yardım ediləcək
Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.
Məlumatı “Report” Azərbaycan Mətbuat Şurasına istinadən yayıb.
Mətbuat Şurasından bildirilib ki, dövlət başçısına ünvanlanan məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlər görüləcək.
Reportajları ilə tanınan Səbuhi Məmmədli öz “Facebook” səhifəsində səhhətindəki problemlə əlaqədar bir müddət əvvəl Ukraynada müalicə olunduğunu, ürək əməliyyatı keçirdiyini və təkrar əməliyyat üçün xərc tələb edildiyini yazmışdı. Sosial şəbəkələrdə jurnalistə yardım məqsədilə aksiya da keçirilirdi.