Fransa prezidenti Fransua Hollanddan Yunanıstan böhranı açıqlaması

o-FRANCOIS-HOLLANDE-facebookFransa prezidenti Fransua Hollande, Yunanıstan ilə müzakirələrin davam etməsini istədiklərini söylədi.

Hollande, Yunanıstan ilə AB arasındakı böhranı ələ almaq üçün təcili toplanan Nazirlər Kabinetinin toplantısı sonrasında çıxış etdi.
Yunan hökumətinin, Yunanıstanı qurtarma paketi xalq səsverməsinə götürmə qərarını “öz seçimləri” olaraq xarakterizə edən Hollande, Yunan xalqının gələcəyi mövzusunda qərar verəcəyini söylədi.
Hollande, Yunanıstanın müzakirələri dayandırmaq qərarını kədərlə qarşıladıqlarını vurğulayaraq, hələ müzakirələr üçün şans olduğuna işarə etdi.
Müzakirələrin tamamilə bağlanması üçün yalnız bir neçə saatın qaldığına diqqəti çəkən Hollande, “Fransa, müzakirələrin davam etməsi üçün bu gün də sabah da daim hazır olacaq. Razılaşmanın ümidi bu gün hələ var” ifadələrini diqqətə çatdırdı.
Yunanıstan hökuməti, kreditor, nağd axışının yenidən təmin edilməsi qarşılığında önə sürdüyü şərtləri 5 İyulda xalq səsverməsinə təqdim etmə qərarı almışdı.
Bu qərara cavab Avro Bölgəsi maliyyə nazirləri da bu ay sonunda müddəti dolan Yunanıstanı qurtarma proqramını uzatmağı rədd etdi.
Yunanıstanda bu gün, sərmayə köçürəminin nəzarət edilməsi məqsədi ilə bütün banklar və ölkə birjası bağlıdır.
Yunanıstanın sabah BVF-nin 1,6 milyard avro ödəməsi lazımdır. Yeni kredit gəlmədiyi təqdirdə Yunanıstanın Avro bölgəsindən çıxma ehtimalı var.

Mətləb BALAKİŞİYEV