ATƏT-də ABŞ nümayəndəsi: “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı kütləvi repressiyalar çox ciddi həyacan doğurur”

скачанные файлы (8)Sentyabrın 21-də Varşavada açılan ATƏT-in insan ölçüsü məsələləri üzrə tədbirlərin (HDIM – Human Dimension Implementation Meeting) reallaşmasına dair iclası keçirilib. Tədbirdə ABŞ nümayəndə heyətinə dövlət katibinin keçmiş köməkçisi Devid Kremer rəhbərlik edir. Kremer sentyabr ayının 21-də bu tədbirdə geniş çıxış edib. Çıxış ATƏT məkanında insan hüquq və azadlıqları ilə bağlı problemlərdən danışıb. O çıxışı zamanı Azərbaycandakı repressiyalara münasibət bildirib: “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı kütləvi repressiyalar çox ciddi həyacan doğurur. Hüquq müdafiəçiləri, jurnalistlər, vəkillər istintaqa cəlb edilib, həbs edilib. Bəzilərinin sağlıq durumu ciddi şəkildə pisləşib. Azərbaycan hökuməti ATƏT-in Bakıdakı ofisini bağlamaqla bu təşkilatla əməkdaşlığı faktiki dayandırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün göndərmək istədiyi müşahidə missiyasının say tərkibinə limit qoyub”.

 

Mətləb BALAKİŞİYEV