Almaniya Kansleri Angela Merkel Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə ölkədə insan haqlarının vəziyyətini də müzakirə edib. Belə bir müzakirənin olacağını xanım Merkel nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündə bildirib.İlham Əliyevlə birlikdə geniş tərkibli görüşdə Merkel müzakirə edəcəkləri məsələlərdən danışarkən
“Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”, – deyə Merkel bildirib.
Angela Merkel Bakıda Şəhidlər Xiyabanını – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş insanların məzarlarını ziyarət edib.
O, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.