Azərbaycanli aktivistlər Berlində aksiya keçirib.

elshen merkellAvqustun 22-də bir qrup azərbaycanlı siyasi mühacirlər Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı  Alman parlamentinin ( Bundestag) iqamətgahının qarşısında aksiya keçirib. Bu haqqda  mitinqin təşkilatçı Elşən Abdullayev  məlumat verib.  Mitinqdə Azərbaycandan olan 300 yaxin siyasi mühacir iştirak etmişdir. Etiraz tədbiri xanım Merkelin Cənubi Qafqaza, o cümlədən Azərbaycana planlaşdırılan səfəri öncəsi baş tutmuşdur. Mitinqin təşkiatçıları “Kürü Diplomatiyasına son”, “Siyasi məhbuslara azadlıq”, “İqtisadi maraqlarınınzı demokratik prinsiplərə qurban verməyin”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Diktatorla görüşmək demokratik dəyərlərə ziddir” və s. şüarlar səsləndirmişlər.

Tədbirdə Avropada olan ictimai-siyasi aktiv şəxslər, jurnalistlər və blogerlər iştirak etmişlər. Çıxışçılar daha çox Azərbaycanda insan haqlarının pozulmasını, siyasi məhbusların azad edilməsini, ictimai aktiv şəxslərə və onların qohumlarına qarşı təzyiqlərin aradan qaldırılmasını İlham Əliyevin nəzərinə çatdırılmasını xanım Merkelə çağırışlar şəklində çatdırılmışdır.

Mitinqin sonunda mitinq iştirakçıları əsas tələblərini ifadə edən müraciəti xanım Merkelə göndərdiklərini bəyan etdilər.

elshen budestag