”Almaniya Rusiyaya yox deyə bilməz”
Qaz və neft təhcizatında Almaniya Rusiyaya yox deyə bilməz. Bunu cümə günü Almaniyanın kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə deyib.
“Hətta soyuq müharibə zamanı Avropa və Rusiya, o zaman SSRİ, enerji məsələlərində sıx əlaqələrə malik idilər. Biz (Almaniya) qaz və neft təhcizatında Rusiyaya yox deyə bilmərik”, Merkel deyib.O, əlavə edib ki, Azərbaycan əlbəttə ki, qaz ala biləcəkləri ölkədir.
“Amma açığı desək, Rusiyadan aldığımız qiymətə burdan biz qaz ala bilmərik. Avropa üçün Rusiyadan qaz almaq daha ucuz başa gəlir, nəinki digər ölkələrdən”