Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru Emin Hüseynov Azərbaycana səfər edəcək Almaniya kansleri Angela Merkelə, Almaniya Bundestaqının üzvlərinə və Almaniya Federal Hökumətinin üzvlərinə açıq məktubla müraciət edib. Müraciətdə deyilir:Hörmətli xanım kanslerAzərbaycana rəsmi səfəriniz və Azərbaycan prezidenti İlham Əliyevlə gözlənilən görüşünüz ərəfəsində sizi görüşünüzü yalnız ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri ilə məhdudlaşdırmamağa, həmçinin Azərbaycanın siyasi rəhbərliyi qarşısında insan hüquqlarının qorunması və demokratiya sahəsində ümumavropa dəyərlərinə hörmət, qanunun aliliyi və korrupsiya ilə mübarizənin zəruriliyi məsələlərini qaldırmağa da çağırırıq.Bu gün Azərbaycan hakimiyyəti öz xalqına qarşı cinayətlərini ört-basdır etmək üçün təkcə ölkədəki tənqidçilərinə qarşı repressiyalarla kifayətlənmir, həmçinin avropalı siyasətçilərin pulla ələ alınması yolu ilə dünya ictimaiyyətinin gözündə özünün antidemokratik və korrupsiyalaşmış imicini təmizə çıxarmağa çalışır.Səfəriniz təkcə Almaniya kanslerinin Azərbaycana ilk tarixi səfəri deyil, həmçinin ilk Avropa liderinin bu yaxınlarda total saxtalaşdırma yolu ilə İlham Əliyevə beş ildən yeddi ilə qədər artırılmış dördüncü müddətə prezident seçilməsinə imkan verən antidemokratik seçkilərin keçirildiyi ölkəyə səfəridir.Bir nəfərin təkrar prezident seçilməsi limitini ləğv edən, konstitusiyanı öz ailə maraqlarına uyğun dəyişən, həyat yoldaşı Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin edən, hakimiyyəti öz atasından, mərhum prezident Heydər Əliyevdən alan İlham Əliyev faktiki olaraq unitar prezident respublikasını əsasında maksimal qohumbazlığın olduğu kleptokratik monarxiyaya çevirib. Hakimiyyətin demokratik yolla dəyişməsi üçün zəmin və imkanların olmaması onun cəmiyyətə təzyiqini artırır və Azərbaycanın siyasi elitasının korrupsiya maraqları naminə öz xalqına zülmü gücləndirir.Bu gün Azərbaycan hakimiyyəti öz xalqına qarşı cinayətlərini ört-basdır etmək üçün təkcə ölkədəki tənqidçilərinə qarşı repressiyalarla kifayətlənmir, həmçinin avropalı siyasətçilərin pulla ələ alınması yolu ilə dünya ictimaiyyətinin gözündə özünün antidemokratik və korrupsiyalaşmış imicini təmizə çıxarmağa çalışır.Bu yaxınlarda səs-küylü ifşalar göstərdi ki, hətta alman siyasətçiləri cənab Edvard Litner və xanım Karin Ştrents Azərbaycanda total şəkildə saxtalaşdırılmış seçkilərə müsbət qiymət əvəzində mənfəət əldə ediblər, həmçinin ölkədə çoxlu sayta siyasi məhbusların olduğunu əks etdirən neqativ hesabatların qəbul edilməsinin qarşısının alınmasına kömək ediblər.Hakimiyyətin digər tənqidçisi, Azərbaycan parlamentinin keçmiş deputatı, 2013-cü ildə Almaniyada siyasi sığınacaq alan Hüseyn Abdullayevi Azərbaycan hakimiyyətinin tələbi ilə qanunsuz olaraq Türkiyədə saxlayaraq bir neçə saat içində beynəlxalq, Avropa, Almaniya və Türkiyə qanunvericiliyini pozaraq Azərbaycana göndəriblər, burda isə həbs edərək işgəncələrə məruz qoyublar.Hüseyn Abdullayevin Türkiyəyə məşum səfəri zamanı yoluxmağa getdiyi 78 yaşlı qoca anası Zeynəb Abdullayevanı da Azərbaycana qayıdandan sonra siyasi səbəbli təqibə məruz qoyublar. Yaşlı qadını oğluna qarşı açılan siyasi motivli cinayət işinin fiqurantına çeviriblər və ev dustağı ediblər.Korrupsiyalaşmış hakimiyyətin bütün cinayətlərini və repressiya qurbanlarının hamısının adlarını bir məktubda saymaq mümkün deyil, çünki Avropa Şurasında Azərbaycan hakimiyyətinin cinayətlərini ört-basdır etmək məqsədilə qanunsuz lobbi fəaliyyətinin təsvir edildiyi korrupsiya əməli ilə bağlı təkcə bir hesabat 200 səhifədən çoxdur. Lakin Azərbaycana səfəriniz zamanı vətəndaş cəmiyyətinin müstəqil nümayəndələri ilə görüşmək qərarına gəlsəniz, insan haqları və demokratiya ilə bağlı vəziyyətə dair geniş məlumat əldə edə bilərsiz.Bu gün hər vasitə ilə Avropa ölkələrinin siyasi və maliyyə dəstəyini təmin etmək istəyən Azərbaycan hakimiyyəti yorulmadan onları əmin edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək yoluna sadiqdir, lakin insan haqları, demokrariya və korrupsiya ilə bağlı öhdəlikləri Azərbaycanın Avropanın enerji resurslarının diversifikasiyasına yönələn enerji layihələrinin çoxmilyardlı kreditlərlə dəstəklənməsi fonunda vətəndaş cəmiyyəti Almaniya, yaxud bötüvlükdə Avropa Komissiyası kimi avropalı tərəfdaşlarının hər hansı lazımı dəstəyini hiss etmir.Neft və qaz satışından çoxmilyardlı gəlirlərə baxmayaraq korrupsiya səviyyəsinin yüksək olması və effektiv idarəetmənin olmaması səbəbindən əhalinin həyat səvviyyəsi valyuta daxilolmalarının templərindən xeyli geri qalır.Almaniya hökuməti və parlamenti Cənib Qaz Dəhlizi layihəsinə 1,2 mlrd. avro həcmində kredit zəmanətinin ayrılmasını təsdiqləmək niyyətindədir, onun hesabına Avropa ölkələri, o cümlədən Almaniya növbəti 25 ildə 1,5 mlrd. kub metr Azərbaycan qazı ala biləcək.
Related Posts
Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əli 10-il həbs cəzasına məhkum edildi.
- admin
- 19/03/2016
- 0
Tunis məhkəməsi Tunisin sabiq prezidenti Zin əl-Abidin Bin Əlini hakimiyyətdən sui-istifadə etməkdə ittiham edərək qiyabi […]