Bu gün AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı etiraz aksiyası keçiriblər. Bu aksiya ilə onlar hakimiyyətin şərləyərək həbs etdiyi cəbhəçilərə ailə üzvləri ilə görüşə imkan verməməsinə etiraz ediblər.Məlum olduğu kimi AXCP üzvləri Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov bir-neçə ay əvvəl saxta ittihamlarla həbs olunublar və onlara ailə üzvləri görüşməyə qanunsuz olaraq imkan verilmir.
Etiraz edən cəbhəçilər saxlanılıb vəonlar Yasamal Rayon Polis idarəsinin 28-ci bölməsinə aparılıblar. Ruslan Qurbanlı azad edilsə də, Nicat Abdullazadə, Bəşir Tarverdiyev və Ramin Əhmədov buraxılmayıb. Onların sabah məhkəməyə çıxarılması güman edilir.