REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun məhkəməsinin vaxtı müəyyənləşib.
Xebername.info Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə iclası avqustun 13-ü saat 09:00-da Şəki Apelyasiya Məhkəməsində keçiriləcək. Prosesə hakim Gündüz Abbasov sədrlik edir.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu kasasiya və apelyasiya instansiyalarının qərarlarını ləğv edib və işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb.