İsveçin şimal-şərqində yerləşən Skelleftea şəhərində bir müəllimin 7-ci sinif şagirdlərindən ev tapşırığı olaraq “intihar məktubu yazmalarını” istəməsi, böyük reaksiyaya yol açdı.
Tapşırığı aldıqdan sonra özlərini çox pis hiss edən şagirdlər müəllimlərini ailələrinə şikayət edib. Bir çox ailənin, “Qalmaqal” kimi səciyyələndirdiyi ev tapşırığına görə müəllim haqqında şikayətdə olduğu bildirilib.
Məktəb direktoru Yan Söderström, tapşırığın ailələr tərəfindən səhv başa düşüldüyünü, müəllimin psixologiya dərsində çox məşhur bir psixiatriya kitabı üzərindən dərs verdiyini və bu kitaba görə də şagirdlərə tapşırıq paylandığını söylədi. Bütün ailələri məktəbə dəvət etdiklərini bildirən Söderström, tələbələrə verilən ev tapşırığının pis məqsədli olmadığını ailələrə hərtərəfli şəkildə izah edəcəklərini qeyd edib.
İsveç Statistika Qurumunun (SCB) 2014-cü il üçün hesabatına görə, 9.5 milyonluq İsveçdə ildə orta hesabla 1500 nəfər intihar edir. İsveç, intihar nisbətlərinə görə dünya ölkələri arasında 30-cu sırada yer alır.
Mətləb BALAKİŞİYEV