Alış Abdullayev: “Azərbaycan siyasi rejiminin tənqidə dözümü yoxdur”.
Tanınmış bloqçu Mehman Hüseynov martın 3-də 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Suraxanı rayon məhkəməsi çıxarıb. İddiaçı Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev idi. Polis rəisi iddia edir ki, M.Hüseynov polisdə işgəncəyə məruz qaldığını deməklə onlara böhtan atıb. Bir müddətdir davam edən məhkəmə sonda iddianı təmin edib və bloqçu elə məhkəmə zalındaca həbs olunub.
Məhkəməyə hakim hakim Ceyhun Qədimov sədrlik edib. Polis rəisinin nümayəndəsi Əlirza Əbilov məhkəmə çıxışında iddialarını “əsaslandırıb” və bloqşuya 3 il həbs cəzası verilməsini istəyib.
Mehman Hüseynov isə çıxışında bir daha təkrarlayıb ki, yanvarın 9-da saxlanılarkən və ondan sonra polis idarəsində işgnclərə məruz qalıb, heç kimə böhtan atmır. Bloqçu bildirib ki, hələ başına gətirilənlərin 10 faizini ictimailəşdirib. “Orada mənimlə elə davrandılar, elə bil ermənilər azərbaycanlı əsir əsgərlə davranır. Əlirza Əbilov Musa Musayevi elə təqdim elədi, sanki Nəsimi rayonunun polis rəisi yox, Allahıdı. O idarədə adamlarla heyvan kimi rəftar olunur. Şəxsən mənə qarşı belə davranıblar. Mən heç kimə böhtan atmıram, əksinə, mənə böhtan atırlar. Onu da bilirəm ki, bu iddia mənim fəaliyyətimlə bağlıdır”, – deyə bloqçu bildirib.
Vəkil Elçin Sadıqov müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını istəyib. Mehman Hüseynov isə son sözündə bir daha hər hansı cinayətə yol vermədiyini, iddianın əsassız olduğunu bildirib və istənilən qərara hazır olduğunu deyib. “Yuxarıdan nə göstəriş verilibsə, o da olacaq. Məhkəmə normal keçirilmədi. Bu da sifarişi göstərir. Bu, birbaşa söz azadlığını boğmağa yönəlib”, – deyə bloqçu bildirib.
Blogerin həbsinə münasibət bildirən “Kanal13” internet tv-nin əmkdaşı Alış Abdullayev bunları bildirdi: “Bir gənc ictimaiyyətçi kimi baş verənlərdən təssüflənirəm. Azərbaycanda gənc ictimai aktivistlərə qarşı siyasi rejim tərəfindən aparılan repressiya dözülməzdir. Mən də mətbuatda çalışdığımdan bu məsələ məni çox narahat edir. Mehman Hüseynov da bizi kimi məmurların özbaşınalıqlarını göstərirdi. Sosial problemləri işıqlandırırdı. Onun həbsi, özü də polis rəisinin iddiası əsasında həbsi onu göstərdi ki, Azərbaycan hökumətinin tənqidə dözümü yoxdur və polislə hamını qorxu altında saxlayır”.
Alış Abdullayev baş verənlərin xüsusilə gənclərə qarşı baş verməsini də xüsusi vurğuladı: “Sanki, ölkədə gəncləri daha çox əzməyə çalışırlar. Vaxtilə NİDA-çıları da bu cür əzməyə çalışan Azərbaycan hakimiyyəti, çox güman ki, gənclərin aktivləşməsindən daha çox ehtiyat edirlər.