Minada şeytan daşlama zamanı çıxan izdihamda 717 zəvvar həyatını itirib, 805 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə Orqanı, Minada baş verən izdiham nəticəsində 717 nəfərin həyatını itirdiyini, 805 nəfərin yaralandığını bildirib.
AFP-nin Səudiyyə mülki müdafiə rəsmilərinə verdiyi xəbərə görə; Yaşanan izdiham sonrası xilas etmə işləri davam edir.
Məkkəyə 5 kilometr məsafədə yerləşən Minada hacıların gecəni keçirdikləri 160 min çadır var.
Hadisə yerindəki müxbirlər, izdiham zamanı bəzi zəvvarların körpüdən düşərək həyatını itirdiyini bildirir.
İki rayonda sağlamlıq mərkəzi yaradılıb, xilas etmə dəstələri bölgədədir.
Yaralılara 220 təcili tibbi yardım maşını və 4 min səhiyyə işçisi ilə müdaxilə edilir. Baş verən izdihamda daha çox Afrikalı Hacı namizədlərinin olduğu ifadə edilir.
Elnur ORUCLU