E.İsmayılov bizimlə söhbətində bunları bildirdi: “06 fevral 2018-ci il tarixdə Almaniyanın Xarici İşlər Nazirliyinin qarşısında keçirilən mitinqdən sonra Cəlilabadda evimizə polis əməkdaşları gəlmiş və anama xəbərdarlıq etmişlər ki, mən bu işlərdən əl çəkim. Anam çox narahat olmuşdur. Anamın daha da narahat olmasından qorxaraq mən bu barədə ictimaiyyətə açıqlama vermədim. Azərbaycanın siyasi diktatura rejimi mənə əllləri çata bilmədiklərimdən məni doğmalarımla təhdit edirlər. Bundan sonra 13 mart 2018-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında keçirilən mitinqdən sonra yenidən mənim ailə üzvlərimi sorğuya çəkmişlər və qardaşımın işdən çıxarılacağı ilə bağlı anama məlumat vermişlər. Təsəvvür edin ki, ölkədə olan gerçəkliyi dediyimizə, baş verən özbaşınalığa etiraz etdiyimizə görə qohumlarımızı təhdit edirlər. Azərbaycanda da məni kriminal hökumət yaşamağa qoymadı, indi də qohumlarımı. Amma mən bildirdim ki, ailə üzvlərim məndən imtina etsə belə, həqiqəti demədən çəkinməyəcəm. Çünki, ölkəmizdə dəyişiklik olmasa insanlarımız daha bərbad halda yaşayacaqlar.”