Korrupsioner məmurlar hər gün məni əzir.

Gənc sahibkar Elnur İsmayılov: “Bu ölkədə azad düşünənlərə yer yoxdur. Həqiqəti dediyimə görə hər gün əzilirəm”.

Elnur_kohne3-Elnur bəy, sosial şəbəkələrdə sərbəst fəaliyyət göstərə bilmədiyinizi bildirmisiz. Qısaca baş verənləri şərh edə bilərsinizmi? – Azərbaycanda bir qrup korrupsioner məmur var ki, onlar mənim kimi gənc və özünə karyera qurmaq istəyən adamları hər addımda sıxışdırırlar. Mən ilk öncə doğma rayonumda fəaliyyətə başladım. Orada sıxıldım, əzildim, işgəncə aldım və bildim ki, orada mümkün deyil. Sonra paytaxta gəldim. Burada da məni sərbəst buraxmadılar. Çünki, mən rüşvət vermək istəmirəm və bu hakimiyyəti sevmirəm. Bakıda da bir neçə iş görməyə cəhd etmişəm, lakin hələki heç bir nəticəsi yoxdur. Yəni nəticə əldə etməyə hökumət imkan məmurları imkan vermir. Əminəm ki, prezident aparatından idarə edilən bu korrupsiya sistemindən hətta prezidentin də xəbəri var. Çünki, dəfələrlə etdiyim müraciətlərin heç olmasa birinə cavab gələrdi. Əksinə şikayətlərə görə mən daha çox təzyiqə məruz qalmışam. Mən mətbuatda dəfələrlə bildirmişəm ki, Əyyubovların adamları məni sıxışdırır. Amma baxan yoxdu. Çünki, mafioz qrup hakimiyyətdədir.

– Hal-hazırda işiniz varmı və yenə də təzyiqə məruz qaldığınızı deyə bilərsinizmi? – Hal-hazırda Bakıda kiçik bir işim var və təqribən bir ilə yaxındır ki, bu işlə məşğulam. Təxminən 3 ay olar ki, artıq gərginlik başlayıb. Hər gün rüşvət, provakasiya, şantaj və s. Mən də çalışıram ki, gərginlikdən uzaq qaçım. Bilirəm ki, istənilən emosional hərəkətim mənə baha başa gələ bilər və məni həbs edib karyeramı məhv edə bilərlər. Eyni zamanda polislər açıq-aşkar mənə bildirirlər ki, siyasi mövqeyinə görə sən sıxışdırılırsan. Mənə təklif olundu ki, İlham Əliyevi tərifləyən fikir bildirsən sənə rahat olar. Amma, mən bu ölkədə heç bir ədalət görmürəm, həmişə qanunsuzluq görürəmsə mən bu hakimiyyəti necə tərifləyə bilərəm. Bir ölkənin başında dayananlar kriminal qaydalarla insanları əzirsə bunlardan necə razı qalmaq olar?.

– Elnur bəy, planlarınız necə olacaq? Dediklərinizə görə çalışa bilmirsiniz? – Mən artıq həqiqətən Azərbaycanda işləyə bilmirəm. Yəqin başqaları kimi mən də Rusiyaya üz tutacam. Hər-halda bu hakimiyyətin dövründə cəmiyyətimizə fayda vermək bizə qismət deyilmiş. Artıq bəzi planlar da qurmuşam ki, Rusiyaya gedib orada işləməyə başlayım. Azərbaycanda mümkün deyil.