Bochum şəhərində DAS-ın ilk yığıncağı keçirildi

37622710_2206325666062966_7217413247794675712_n

 

 

 

 

 

 

37635903_2206325992729600_1078319009302052864_n21 iyul 2018 tarixində Almaniyanın Bochum şəhərində Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının ilk Ümumi Yığıncağı keçirilib. Bu barədə DAS-ın İdarə Heyətinin üzvü Cavid Cabbarlı Xebername.İnfo-a məlumat verib.

C.Cabbarlının sözlərinə görə, Ümumi Yığıncağa azərbaycanlı mühacirlərlə yanaşı, Almaniyanın ictimai-siyasi və mətbuat nümayəndələri də qatılıblar: „Bu, DAS-ın ilk Yığıncağı idi. İlk yığıncaqda DAS-ın Nizamnaməsi təsdiq olundu və İdarə Heyətinə, Nəzarət Təftiş Komissiyasına üzvlər seçildi“.
Qeyd edək ki, DAS Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən 03.06.2018-ci il tarixində elan edilib.