jurnalistin badalağ gəldiyi qaçqın terrorçu olub

O Əl-Qamışlıda iğtişaşların qarşısının alınmasında iştirak edib.

2C65031400000578-3237124-image-a-18_1442435187513

Suriya kürdləri Macarıstan və Serbiya sərhədində operatorun badalağ gəldiyi və sonradan “Hetafe” klubunda iş alan suriyalı futbol məşqçisi Osame Abdul Möhseni terrorçu “Əl-Kaida” təşkilatının döyüşçisi olduğunu bildiriblər.

Xebername.info, Gazeta-ya istinadən xəbər verir ki, “Demokratik Birlik” kürd partiyasının nümayəndələri bəyan ediblər ki, Möhsen “Əl-Kaida”nın Suriya qanadına aid “Cəbhat ən-Nusra”nın yaraqlısı olub.

Sübut kimi, onlar Möshenin ləğv edilmiş Facebook səhifəsindən terrorçu təşkilata mənsub olduğunu bildirən skrinşotları göstəriblər.

Suriyalıların sözlərinə görə, Möshen həmçinin 2004-cü ildə Əl-Qamışlı şəhərində iğtişaşların qarşısının alınmasında iştirak edib. Həmin hadisələrdə 50 nəfər ölmüşdür.

Elnur ORUCLU