Gəncə hadisələri ilə bağlı kütləvi həbslər

10 iyul aksiyasına görə 22 nəfərin saxlanıldığı deyilir

Gəncə hadisələri ilə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Məlumatı “Azərtac” hüquq mühafizə orqanlarına istinadən yayıb. Bildirilir ki, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.c66f775fab902694d9fa2f2d4dbbc79b

Eyni zamanda, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan edilib.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirilib.