AB-dən ‘sakit olmaq’ çağırışı

ingiltereden_sonra_fransada_ab_catlagi13624901430_h998000Avropa Birliyi, İsrail ordusunun Qəzza mühasirəsini deşməyi hədəfləyən 3-cü Azadlıq Filosuna beynəlxalq sularda müdaxilə etməsiylə əlaqədar olaraq, “Bu mövzuya bağlı hər kəsin sakit olmasını gözləyirik” çağırışıilə diqqət çəkdi.

AB-nin xarici əlaqələri spikeri Nabila Massrali, verdiyi açıqlamada, “İsrailin Qəzza Azadlıq Flotuna qarşı əməliyyatında ciddi təhlükəsizlik hadisələri yaşanmadığını” və “AB-nin bu mövzuya bağlı hər kəsin sakit olmasını gözlədiyini” ifadə etdi.

Açıqlamada Qəzzada siyasi, təhlükəsizlik və iqtisadi dəyişməyə təcili olaraq ehtiyac olduğu və İsrailin 2007-ci ildən bəri Qəzzaya tətbiq etdiyi mühasirənin sona çatması lazım olduğu qeyd edildi.

Qəzza mühasirəsini dağıtmağı hədəfləyən 3. Azadlıq Filosunu başında olan “Marianne” gəmisi, İsveçin Göteborg şəhərindən 11 Mayda yola çıxmışdı almışdı.

Mətləb BALAKİŞİYEV