Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişiklik edib.
“Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün cərimə 20 manatdan 40 manata artırılıb.