QHT rəhbəri müəmmalı şəkildə piyada keçidində avtomobillə vuruldu

Dünən Yasamal rayon ərazisində yol nəqliyyat hadisəsi baş verib. Metronun İnşaatçılar statnsıyasına yaxın, Qələbə dairəsində 07 markalı (jiqulu) maşın piyada Azər Əliyevi vuraraq qaçıb. Ciddi bədən xəsarətləri alan Azər Əliyev, yanında olan iş yoldaşı Murad Əhmədovun yardımı ilə xəstəxanaya çatdırılıb. Bu barədə M.Əhmədov özü məlumat verib: “Biz saat 18:00-da BSC-dən işdən çıxıb Metronun İnşaatçılar stansiyası istiqamətinə gedirdik. Qələbə dairəsində piyada keçidində işıqforun yaşıl işığını gözlədik. Maşınlar dayanan kimi yolu keçməyə başladıq. Bu an gözləmədiyim halda bərk səs eşitdim. Azər mənim sağ tərəfimdə idi. Ona tərəf dönəndə gördüm ki, artıq yerdədir. Tünd rəngli 07 markalı maşın sürətlə uzaqlaşdı. Mən tez Azəri yerdən qaldırdım və hər şey ani olduğu üçün avtomobilin nömrəsinə baxa bilmədim. Sonra təcili tibbi yardım stansiyasına zəng vurdum və Azəri xəstəxanaya çatdırdıq“.

M.Əhmədov Azərin ciddi bədən xəsarətləri aldığını deyib: “Həkimlərin dediyinə görə, ölüm təhlükəsi yoxdur. Lakin ciddi xəsarətlər alıb. Daxili orqanları əzilib və sol tərəf qabırğaları zədələnib“.

Qeyd edək ki, Azər Əliyev Azad Düşüncə Mərkəzinin rəhbəri və sahibkardır.