Suraxanıda kiçik sahibkara işgəncə verildi

Bu günlərdə Suraxanı rayon Polis İdarəsində işgəncə faktı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdır. Bununla bağlı adı hallanan kiçik sahibkar Qəhrəman Əliyevə bir neçə sual ünvanladıq.

Ishgence_1-Qəhrəman bəy, Sizin işgəncə almağınızla bağlı deyilənlər nə dərəcədə həqiqətə uyğundur? – Deyilənlər tamamilə həqiqətə uyğundur. Belə ki, vergi əməkdaşları tərəfindən məndən tələb edilən qeyri-qanuni pula etiraz etdiyimə görə polis işçiləri məni cəzalandırdılar. Yəni iki gün polis idarəsində saxlanıldım və mənə ağır işgəncələr verildi. Hələ də müalicə olunuram. Durumla bağlı İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov beynəlxalq təşkilatlara və Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışdır. Suraxanı Polis İdarəsində saxlanıldığım zaman təhqir olundum, ağır işgəncə gördüm, başımda,əlimdə və ayaqlarımda zədələr var. Eyni zamanda psixoloji travma almışam. Psixoloq mənə dedi ki, bunların keçməsi üçün illər lazımdı.

-Başınıza gələnlərlə bağlı nə kimi etiraz etməyi düşünürsünüz? – Əslində Daxili İşlər Nazirliyinə müraciət etmişəm, amma nəticə olacağına inanmıram. Azərbaycanda məhkəmələr də müstəqil olmadığından hesab edirəm ki, məhkəmə heç mənim sənədlərimi götürməyəxcək. Polis 48 saat məni saxlaya bilər və bununla da məni rədd edəcəklər. Azərbaycanda sahibkarların əzilməsi davam edir. Mən də bu əzilməyə, rüşvətə qarşı çıxdığıma görə işgəncə almışam. Məncə, siyasi hakimiyyət dəyişərsə, o zaman ədalətə inanmaq olar. Əliyev rejimindən hər hansı ədalət gözləmək mənasızdır. Hal-hazırda ciddi şəkildə sağlamlığımla və işlərimlə məşğul oluram.