Ziya Məmmədovun “igidləri” sürücünün 200 manatını götürüb, özünü də döydülər

5931Nəqliyyat Nazirliyinin xuliqanlıq hərəkətləri barədə daha bir şəxs polisə şikayət edib. 

Bakı sakini 1992-ci il təvəllüdlü Mustafa Hüseynov polisə müraciət edərək bildirib ki, Bakıxanov küçəsində idarə etdiyi «Saipa» markalı 99 EU 749 nömrəli avtomobili Nəqliyyat Departamentinin dörd nəfər əməkdaşı saxlayıb.
Həmin adamlar xuliqanlıq zəminində onu döyüblər, hadisə nəticəsində M.Hüseynov xəsarət alıb. Sonra isə ND-nin əməkdaşları Mustafa Hüseynovun maşınında olan ona məxsus pul kisəsinin içərisindən 200 manat və sənədlərini götürüblər.
Mətləb BALAKİŞİYEV