Milli Şuranın sədri Cəmil Həsənli Saatlı rayonunda pambıq tarlasında baş verən kütləvi zəhərlənməyə, fb səhifəsində münasibət bildirib:
“Dəfələrlə demişən İlham Əliyevin pambıq siyasəti kökündən səhvdir. Saatlıda baş verən faciə, 24 nəfər bicarə pambıqçının zəhərlənməsi bunun aydın ifadəsidir. Heç kəs bunun fərqinə varmır ki, pambıq sahələrində qadağan olunmuş, insan orqanizmi üçün son dərəcə ziyanlı zəhərli kimyəvi maddələrdən istifadə edilir. Bu yalnız pambıqçıların deyil, bütövlükdə əkin sahəsinə yaxın olan yaşayış məntəqələrinin sakinləri üçün də ciddi təhlükə təşkil edir. Belə zəhərli maddələrin əkinçilikdə istifadə edilməsi beynəlxalq səhiyyə təşkilatları tərəfindən qadağan edilir. Amma İlham Əliyevə insan yox, pambıq lazımdır. Öz səhv siyasətin o, inzibati üsullarla həyata keçirir.
Bir az əvvəl eşitdiniz Sabirabad rayonunda traktor yedəyinin kanala aşması nəticəsində 6 qadın həlak oldu. Hadisə zamanı Bağırova Elnarə adlı ana 17 və 18 yaşlarında olan Bağırova Fatimə və Bağırova Zəhra adlı iki qızı ilə birlikdə həlak oldu. Bir ailə məhv oldu. Dediyim odur ki, ölkə pambıqçılığa hazır deyil, heç bir infrastruktur yoxdur. Əkin sahələri pambıqçılıq üçün yararlı deyil. Hətta bambıqçılıın indiki şərtlər daxilində iqtisadi baxımdan əlverişli olmaması bir yana, xüsusi hazırlıq tələb edən bu sahə sosial baxımdan ciddi təhlükəyə çevrilib. Kəndli bankları yoxdur. Ucuz kreditlər yoxdur, suvarma sistemi işləmir, texniki təchisat yoxdur. Volyuntarist inzbatı göstərişlər kənd əhalisini bu səhv siyasətin əsirinə çevirib. Nəticələri göz qarşısındadır. Texniki təchizat olmadığı üçün 6 qadın, 4 ana, 17-18 yaşlarında 2 qız uşağı bu avantürist siyasətin qurbanı olub. 24 nəfər zəhərlənən qadının, qız uşaqlarının 4-ü daha ağır vəziyyətdədir. Bunun məsuliyyətini kim daşıyır? Pambıqçılıqda işlər İlham Əliyevin Kamilxan “ananın” dediklərindən ruhlandığı kimi rəvan deyil. İlham Əliyevin kənd təsərrüfatı ilə bağlı təsəvvürləri çox primitiv, bir az da gülməlidir. O, iqtisadi uğur kimi qeyd edir ki, 2016-cı ildə 100 min adam pambıqçılıqla məşğul olub. Həmin il 89,4 min ton məhsul istehsal olunub. Əgər pambığın hər kloqramı Azərbaycan kəndlisindən dünyada ən aşağı qiymətə – 40-50 qəpiyə satın alınırsa, bu yüz min adamın pambıqçılıqdan illik gəliri 500 manatdan da az olub. Təsəvvür edin, adam yazın gözü açılandan qış düşənə qədər gecə-dündüz 8 ay çalışır və aşağı-yuxarı 500 manatdan da aşağı qazanc əldə edir. Əgər buna qazanc demək olarsa. Vaxtı ilə Ameika və Afrika pambıq plantasiyalarında ayrıca götürülmüş bir qulun saxlanma xərcləri bu gün Azərbaycan pambıqçısının illik qazancından xeyli çox idi. Kənd əhalisi İlham Əliyevin inadkarlığının, təkəbbürlərinin, kənd təsərrüfatı sahəsinə yanlış qərarlarının qurbanı olur. XXI əsrdə qadınları traktor yedəyində tarla işlərinə göndərənlər, qadağan olunmuş kimyəvi maddələrdən qadınların kütləvi zəhərləməsinə rəvac verənlər öz əməllərinin nəticələri barədə düşünüb nəticə çxarmalıdırlar. Milyardlarla dollar vəsaitləri oğurluq yollarla London ofşorlarına daşıyanlar indi pambıqılığın qəpik-quruşuna göz dikib, pambıqla baş kəsməyə başlayıblar.”