Azərbaycan respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Eldar Soltanov qəzetimizə zəng vurub. Qurumun mətbuat şefi qəzetimizdə yayınlanan 2 yazıya görə qəzetin bağlan biləcəyini, rəhbər şəslərin isə istintaqa cəlb oluna biləcyini deyib. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz Bakıda fəaliyyət göstərən “Deusche Apotek”lər şəbəkəsi və Azərbaycana gətirilmiş və istifadəyə yararsız şprislər barədə yazmışdıq. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən rəsmi açıqlama almaq istəsək də qurumun mətbaut xidətinin rəhbəri Liya Bayramova da bizimlə təhdid dilində danışmışdı. Buradan bütün ictimaiyyətə sələnərək bildirmək istəyirik ki, prokurorluq bizdən Səhiyyə Nazirliyində bizə məlumatı verən mənbənin kimliyini açıqlamağı tələb edir. Biz isə bəyan edirik ki, media qanunlarına görə biz mənbəni açıqlamama hüququna malikik. Mənbə yalnız məhkəmə qərarından sonra açıqlana bilər. Bu da o halda baş verər ki, ittiham olunan tərəflər bizim qəzetimizin qeyd etdiyi informasiyaların müstəqil ekspert qrupunun araşdırmasına imkan versin. Beləliklə biz buradan bizim yazılarımıza görə narahat olan “Altes Qrup” və Deuche apteklər şəbəkəsinin rəhbərlərinə müraciət edirik. Apteklər şəbəkəsi Azərbaycana daxil olan dərmanlarla bağlı bizə araşdırma üçün şərait yaratsın. “Altes Grup” isə ölkəyə gətirdiyi 180 min şprislərlə bağlı araşdırma aparmaq üçün müstəqil ekspert qrupuna şərait yaratsın. Bu qrupların apardığı araşdırmalardan sonra məlum olsa ki, mənbənin bizə verdiyi məlumat yanlşıdı biz bu adamın kimliyini həvəslə prokurorluğa təqdim edəcəyik və özümünz də ondan şikayətçi olaraq qəzetimizdə qeyd olunan qurumlarla bağlı yazılarımızı təkzib edib onlardan üzr istəyəcik. Bütün bu sadaladığımız prosedurlar həyata keçməsə biz mənbəmizi açıqlamayacağıq, hətta qəzetimiz bağlansa belə.
Related Posts
Avropa Birliyi Şərq tərəfdaşlığı Azərbaycan Forumu repressiyalardan narahatdır
- admin
- 24/04/2020
- 0
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması ölkədəki mövcud siyasi vəziyyətlə bağlı […]
”Azərişıq”: Abonentlərin narahatlığı tam əsassızdır
- admin
- 11/08/2018
- 0
“Abonentlərin narahatlığı tam əsassızdır”. “Azərişıq”ASC-nin Eneji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli avqustun 11-də keçirilən […]
AXCP-çi gənclər və ictimai fəallar izlənir-Azərbaycanda 1937 ci il xofu.
- admin
- 24/09/2016
- 0
AXCP-çi gənclər və ictimai fəallar izlənir […]