“Altes Qrup” ölkə rəhbərliyi ilə əlaqəsindən necə istifadə edir?

img2152177“Altes Qrup” adlı  şirkət haqda redaksiyamıza şok məlumatlar daxil olub. Səhiyyə Nazirliyində olan mənbənin verdiyi məlumata görə “Altes Qrup” bir neçə sahə üzrə fəaliyyət göstərən firmadır, onların tikinti-inşaat, tibb və bir sıra sahələrdə böyük monopoliyaları mövcuddur. Şirkət Azərbaycana çox asanlıqla tibb avadanlıqları gətirərək bu avadanlıqların heç birini labarotar tibbi müainədən keçirmdən apteklərə bazara çıxarır. Bu barədə məlumatı Səhiyyə Nazirliyində olan mənbə verib. Mənbənin sözlərinə görə, “Altes Qrup” un rəhbəri Fərid Əliyevdir. Fərid Əliyev Azərbaycanın hazırkı prezidenti İlham Əliyevlə birlikdə Moskva Dövlət Universitetini bitirdiyi deyilir. Heydər Əliyev hakimiyyətdə olduğu dönəmdə Fərid Əliyevə biznesin bütün qapıları açıq olub. Fərid Əliyev Azərbaycanın hazırkı prezidenti İlham Əliyev tərəfindən də həmişə hörmətlə qarşılanıb. O, hazırda İlham Əliyevlə olan yaxın münasibətlərdən sui istifadə edərək özünün biznesini inkişaf etdirməkdədir. “Altes Qrup” şirkəti Səhiyyə Nazirliyinin tibbi ekspertizasından keçməmiş 180 min şprisi bazara çıxarıb. Səhiyyə Nazirliyində olan mənbənin sözlərinə görə, Səhiyyə Nazirliyinin tibbi ekspertizası 180 min şprisin olduğu kontenirdən nümunə üçün şpris götürüb.  Onlar bu şprislərin sertifikatı, keyfiyyəti olmadığına görə Azərbaycan baarına buraxmaq istəməyiblər. Amma 2 həftədən sonra Səhiyyə Nazirliyinin əməkdaşları şprislər haqda saxta rəy verərək onları Azərbaycan bazarına buraxmaq qərarına gəliblər. Buna səbəb isə Fərid Əliyev faktoru olub. Fərid Əliyev ölkə rəhbərliyi ilə yaxın münasibətlərin olmasından istifadə edərək Azərbaycan bazarına saxta şprislər daxil edib. Oxucularımıza bildirmək istərdik ki, bu şprislərdən qəti istifdə etməsinlər və ancaq tanınmış firma şprisləri dərman qəbuluna icazə versinlər. Şprislərin əsas xüsusiyyəti onların üzərində harada istehsal olunduğu yazılmamasıdır.