Bakıda “Deusche Apoteka” kimə məxsusdur?

Bakıda fəaliyyət göstərən Deuche Aptheka-gələn dərman və tibb ləvazimatları heç bir yerdə qeydiyyatdan keçmədən Azərbaycanın apteklərində satışa çıxarılır. Bu barədə məlumatı qəzetmizimə Səhiyyə Nazirliyində olan etibarlı mənbə verib. Mənbənin bildirdiyinə görə bu apteklər şəbəkəsi Azərbaycanın birinci APTEK_1413982980xanımı Mehriban Əliyevaya məxsusdur. O bu apteklər gətirdiyi dərmanları yoxlanışdan yayındıraraq dövlət büdcəsinə vergi vermir. Bu aptekin digər özəlliyi də ondan ibarətdir ki, buradan alver edən şəxslər Azərbaycanda hakim ailəyə yaxınlığı ilə seçilir. Bu aptek Azərbaycanın yükəsk elitası üçün nəzərdə tutulub. Amma yuxarıda da qeyd etdiyimiz kimi onlar gətirdikləri dərman və avadanlıqlara görə dövlət büdcəsinə pul ödəmirlər. Apteklər şəbəkəsinin sahib olduğu əsas imtiyazlardan biri də dövlət qurumlarının bu müəsisələrdə heç bir formada yoxlanış aparmaq səlahiyyətlərinə malik ola bilməməsidir. Səhiyyə Nazirliyində olan mənbənin verdiyi məlumata görə onlarda toxunulmaz apteklərin və tibbi avadanlıqlar satan mərkəzlərin siyahısı mövcuddur. Bu toxunulmazlar sırasında Deuche Apteklər şəbəkəsi də var öncülərdəndir. Qəzetimiz məsələ ilə əlaqədar olarq Səhiyyə Nazirliyinin mətbaut xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladı. Liya Bayramova deyilən xəbərləri təzib edərək bildirdi ki, bu məlumatları dövriyyəyə buraxan şəxslər Azərbaycanı istəməyən şəxslərdir. Hipokrat andı içib tibbi işçisi kimi fəaliyyətə başlayan şəxslər belə bir məlumat verməməlidirlər. Liya Bayramova bizdən həmçinin mənbənin kim olmasını soruşaraq yaxın zamanlarda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirdi.