Müsahibimiz ictimai fəal və fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Xəyal Abbasovdur.
Mən həmin təşkilatın üzvü olmamışam. Lakin, düşüncələrmin bəzilərinə onların ideyalarında uyğunluq tapmışam. Buna görə də bəzi aksiyalarda iştirak etmişəm. Məslən 2012-ci ildə Hicabla bağlı Təhsil Nazirliyinin önündə aksiyada iştirak etmişəm. Ondan sonra ağır işgəncə almışam. Qeyd edim ki, sonuncu Nardaran hadisələrində mənim iki işçim bu və ya digər səbəbdən iştirak etmişdir. Onlardan biri öldürülmüş, digəri həbs edilmişdir. Lakin, mənim bu olaylarla heç bir balılığım yocdur. Yəni, mənim işçimin kənardakı fəaliyətinə qarışmağa haqqım yoxdur. Əgər qanunu pozubsa cavab verəcək. Lakin bş verənlərə görə mənim sorğu-suala çəkilməyim, vergi yoxlamlarının artması olduqca ağır bir işdir. Eyni zamanda ən azı ayda iki dəfər polis bölməsinə çağırılıram. İstintaq işlərilə bağlı bəzi şeylər barədə danışmaq istəmirəm. Mən qanunu pozsaydım cəzalandırılmış olmam lazımdı. O başqa söhbət ki, mən həbs edilənlərin də günahkar olmasına inanmıram.
–Qeyd etdiyiniz təzyiqlərdən yaxa qurtarmaq üçün nə kimi işlər görmək fikrindəsiniz? – Mən dəfələrlə Daxili İşlər Nazirliyinə və Ombudsmana məlumat göndərmişəm. Heç bir nəticəsi yoxdur, əksinə şikayət etdiyimə görə mən hədələnməyə məruz qalmışam. Ümumiyyətlə Azərbaycanda polis şöbələrində, istintaq otaqlarında insanların təhqir olunması, ləyaqətinin alçaldılması, döyülməsi, işgəncə alması halları kütləvidir. Bütün bunlar kütləvi şəkildə insan haqlarının pozulmasıdır. Şikayətə isə baxan yoxdur. Çünki, baş verənlər siyasi hakimiyyətin iradəsilə həyata keçirilir. Şəxsən prezident adminstrasiyası, Ramiz Mehdiyev və İlham Əliyev bu repressiyanın başında dayanır. Ölkədə tənqidi fikir, əks mövqe məhv edilib. Mənim kimi insanlara vergi sanksiyası tətbiq edir, hədə-qorxu gəlirlər. Bu isə özbaşınalıqdır.