Real Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Azər Qasımlını əvvəlcə mülki geyimlilər Real-ın ofisində və qeydiyyatda olduğu ünvanda axtarıblar. Sonra Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə dəvət ediblər. Oradan isə polislərin müşaiyyəti ilə Yasamal Polis İdarəsin və daha sonra Yasamal Məhkəməsinə aparılıb. Məhkəmədə ona küçədə polisə müqvimət göstərmək ittihamı ilə inzibatl həbs cəzası verilib.
Azər Qasımlının əslində mayın 28-də Bakının mərkəzində təşkil edilən Cümhuriyyət yürüşündə fəal rol oynadığına görə cəzalandırıldığı daha çox ehtimal edilir.