AXCP sədri Əli Kərimli imzalanmış əfv fərmanı ilə bağlı fikirlərini özünün fb səhifəsində bölüşüb
İlham Əliyev siyasi məhbus problemini həll etmək üçün cümhuriyyətin 100 illiyi kimi bir fürsəti də dəyərləndirə bilmədi. Bugünki əfv fərmanı demək olar ki, siyasi məhbus mövzusuna toxunmadı. Əlbəttə, AXCP fəalı, xərçəng xəstəsi Elnur Fərəcovun, Saday Şəkərlinin, bir qrup Nardaran məhbusunun (onların həbs müddətinin başa çatmasına az qalmışdı) azadlığı çıxması da yaxşı xəbərdir. Azadlıq onların haqqıdır. Ancaq Gözəl Bayramlı, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi, Asif Yusifli, Mehman Hüseynov, İlkin Rüstəmli, Məmməd İbrahim, Əfqan Muxtarlı, Qiyas İbrahimov, Bayram Məmmədov və cəmi 150 nəfər siyasi məhbus yenə də həbsdə qaldı. Deməli, rejim xalqımızla qarşıdurma siyasətini davam etdirməkdə qərarlıdır. Girov əqidə dostlarımızı azad etmək üçün bütövlükdə ölkəmizi azad etmək lazımdır.