“Formula 1″in əfsansi Maykl Schumacherden kədərli xəbər gəldi. 2013-cü ilin sonunda keçirdiyi xizək qəzasının ardından komaya girən və sonra İsveçrədəki evində istirahətə çəkilən Alman keçmiş pilotun vəziyyəti haqqında uzun bir müddət sonra ilk məlumat ortaya çıxdı.
Son olaraq may ayında Schumacher ilə bağlı irəliləyişlər eşidilmişdi. Reabilitasiya prosesinin ardından yaxşılaşmasında sürətlənmə gözlənilən Schumacherin, aradan keçən prosesdə irəliləyiş qeydə alınmadığı bildirilib. Əfsanə idmançının yaxşılaşma prosesi üçün “Ümidsizlik yaradan” şərh edilib. Danışa bilməyən, yeriyə bilməyən və 29 Dekabr 2013-cü il tarixindən bu yana həyat savaşı verən Maykl Schumacher haqqında özünə yaxın bir mənbədən əldə edilən məlumatlar, İngilis midiyasına bu şəkildə əqdim edilib: “Maykl Schumachern inkişafı acı verici dərəcədə yavaşlayıb. Artıq ancaq bir möcüzə onu qurtara bilər. İdmançı hazırda 45 kiloya qədər düşüb. Gəzə və danışa bilmir. Ətraf mühiti ilə bağlı qavraması da aşağı səviyyədədir”. Daim kilo itirdir.
Digər tərəfdən həkimlər hər hansı bir irəliləyişi görmək üçün daha üç il gözləmək gərəkildiyini də deyiblər.
Elnur ORUCLU