Fuad Əkbərov: “SOCAR rəhbərliyi hakim Yeni Azərbaycan Partiyasına məcbur üzv olmağımı tələb edirdi”
Müsahibimiz Almaniyada yaşayan siyasi mühacir Fuad Əkbərovdur.
- Fuad bəy, mühacir həyatını seçməyə niyə məcbur oldunuz?
- Artıq 3 ildir doğmalarımı, dostlarımı görə bilmirəm. Doğma vətənimi tərk edib mühacir həyatı yaşayıram. Azərbaycanda SOCAR-da işləyirdim. Lakin siyasi düşüncələrimə, REAL hərəkatının mövqeyini dəstəklədiyim üçün daim təzyiqlərə məruz qalırdım. SOCAR rəhbərliyi hakim Yeni Azərbaycan Partiyasına məcbur üzvolmağımı tələb edirdi. Nəticədə bu tələbi cavabsız qoyduğum üçün işdən qovuldum. Hakimiyyətin təhdidləri artdığı üçün ölkəni tərk etdim.
- Almaniyada da siyasi fəaliyyətinizi davam etdirisiniz. Hər hansı formada təzyiq və təhdid hiss edirsiniz?
- Almaniyaya gəldiyim gündən Əliyev rejiminə qarşı siyasi fəallığımı davam etdirmişəm. Sosial şəbəkələrdə hakimiyyəti tənqid etmişəm və Almaniyada təşkil olunan bütün etiraz aksiyalarına qatılmışam. 18 yanvar 2017-ci iltarixdə Almaniyanın paytaxtı Berlində Azərbaycan səfirliyi qarşısında “Siyasi məhbuslara azadlıq” şüarı ilə etiraz aksiyası təşkil etdik. Sonra Azərbaycanda yaşayan qohumlarıma qarşı təzyiqlə rbaşladı. Sumqayıt şəhər 3 saylı polis bölməsinin əməkdaşları kimi özlərini təqdim edən 3 nəfər mülkü geyimli şəxs valideyinlərim yaşadığı ünvana gəliblər. Onlardan biri 3-saylı polis bölməsinin müstəntiqi Rövşən olduğunu bildirib. Valideynlərimin ağırxəstə olduqlarını nəzərə almadan, barəmdə onlardan izahat alıblar. Sonra valideynlərimə deyiblər ki, bizə belə tapşırıblar. Bu təzyiq davam edib, 2 həftə sonra Sumqayıt Şəhər Polis İdarəsindən atamın telefonuna zəng edərək bir saata polis idarəsində olmalarını ,gəlməyəcəkləri təqdirdə məcburi şəkildə aparılacaqlarını deyiblər. Atam rəsmi bildiriş göndərmələrin iistəyib. İki saatdan sonra mülkigeyimli şəxslər valideyinlərim yaşadığı ünvana gəliblər, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib atamı və qardaşımı Sumqayıt Şəhər Polis İdarəsinə aparıblar. Orda telefonları əllərindən alınıb yoxlanılıb, ayrı-ayrı otaqlarda dindirilib barəmdə izahatlar alınıb.
- Valideynlərinin təhdid olunması ilə bağlı müvafiq orqanlara şikayət edilibmi?
- Əlbəttə, valideynlərimin pozulmuş hüquqlarının qorunması üçün vəkillə müqavilə bağladıq. Vəkil Sumqayıt Şəhər Polis İdarəsinə sorğu göndərsədə sorğuya cavab verilmədi. Sorğudan sonra eyni ssenari ilə atamı və qardaşımı Sumqayıt Şəhər Polis İdarəsinə çağırıb kimlərə qoşulduğumu, Almaniyada nə işlə məşğul olduğumu öyrənmək istəyiblər. İdarədə iki saat saxlayıb buraxıblar.
Vəkil işə qarışandan sonra məlum oldu ki, ölkəni tərk etdikdən uzun müddət sonra barəmdə saxta iddihamla qondarma cinayət işi açılıb. Barəmdə qondarma cinayət işi açılsa da bu barədə qeydiyyatda olduğum ünvana rəsmi bildiriş, məktub, xəbərdarlıq gəlməyib. Valideyinlərimdən dəfələrlə izahat alınanda belə, bu barədə bir kəlmə deyilməyib.
Valideynlərimi “oğlun Almaniyada erməni lobbisinə qoşulub, dövlətə qarşı təxribat edir”, deyə qorxudurlar.
- Valideynlərinizin sizdən imtina etdiyi barədə məlumat vermişdiniz…
- Bəli, valideynlərimə qarş ıintensiv təhdid və təzyiqlər onları ciddi qorxuya salıb. Hətta məndən imtina etmək istəyirlər. Şəxsən polis idarəsinin rəisi valideynlərimə deyib ki, əgər oğlunuz sosial şəbəkələrdə dövlətə qarşı paylaşımları, etiraz aksiyalarında iştirakı dayandırmasa biz onu interpola verib Azərbaycana gətizdirəcəyik.
Həmin gündən valideyinlərim mənimlə danışmır.
Onu da qeyd edim ki, Polis bacımın yoldaşını da axtarıb. Sonradan o, özü polis bölməsinə gedərək izahat verib və mənimlə şəxsi problemimizə görə çoxdan münasibəti olmadığını deyib.
Bütün bu baş verənlər acı reallıqdır. Hakimiyyətə yaxın olan mətbu orqanlar mənim əleyhimə yalandan məqalələr dərc edirlər. Təbii ki, bu kimi hallar valideynlərimi qorxu içində saxlayır.