İlham Əliyev sərəncamları bir-birinə necə qarışdırdı? FOTO

Hakimiyyət sözçülərinin əsas işi müxalif düşüncəli adamları tənqid etmək, peşəkar olmamaqda suçlamaqdır. 25 ildir hakimiyyəti işğal ediblər, başları pul-paraya o qədər qarışıb ki, savad, səviyyə, peşəkarlıq yaddan çıxıb. Bunların ən birinci saytı sayılan www.president.az-la bağlı dəfələrlə yazmışam. Səhvlər, qeyri-peşəkarlıq baş alıb gedir. Bunlar düzəlmir ki, düzəlmir…
Fərəh Əliyevanın Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən çıxarılması haqda prezident sərəncam verib. Sərəncamı sayta yerləşdirənlər köhnə sərəncamlardan copy edib qoyublar. Sərəncamın 2-ci hissəsinin – hüquqi normativ aktların bu məsələyə nə dəxli var? Əli Həsənov buna nə deyəcək?!
Adamı rektorluqdan çıxarıb PA-ya Fatma Abdullazadənin yerinə qoyublar. Sərəncamda isə onun rektorluqdan çıxarılmasının hüquqi normativ aktlara uyğunlaşdırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilir ki, təkliflərini 2 aya hazırlasın, sonra da bunu 3 aya təmin edib prezidentə məlumat versin.
Ay sizi, peşəkarlar. Siz başqa şeylərin peşəkarısız, yazı-pozu sizlik deyil.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Rövşən Hacıbəyli