15 May 2018 tarixində, saat 14:00-da Almaniyanın Bonn şəhərində ”AVROPA BİRLİYİ DİKTATOR İLHAM ƏLİYEVLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRMALIDIR” şüarı ilə növbəti aksiya keçiriləcək. Bu haqda “Xəbərnamə.info”-ya aksiyanın təşkilatçılarından olan Fuad Əkbərov bildirib:
“Biz aksiyanı BMT-nin Almaniyadaki ofsinin qarşında keçirməklə, bu qurumların əsas vəzifəsi olan insan hüquq və azadlıqlarının qorunmasını xatırlatmaq, mövzunu gündəmdə saxlamaq, beynəlxalq təşkilatların diqqətini Azərbaycanda baş verən qanunsuzluqlara yönələtməkdir.”