İş adamları yenidən «bandotdel»in hədəfində

200 nəfərə qədər adam götürülüb və pul müqabilində azad edilib

Formula 1 ərəfəsində Azərbaycanda təxminən 200 nəfərə qədər iş adamı tutularaq bandotdelə aparılıb. Tutulan iş adamlarının hər birindən 5-15 min manat arasında pul alıb buraxıblar. Bu «nırxın» rəsmi əsaslandırılması da elə bu şəkildə olub: «Formula 1-ə görə dövlətçiliyimiz xərcə düşüb, yardım etməlisiz».bandotdel

Azadlığa bu məlumatı yolu bandotdeldən salınan iş adamlarından biri çatdırıb. O deyib ki, həmin günlər ərzində orta ranqdan sayılacaq sahibkarların böyük bir kütləsindən bu tələblərlə pul qoparılıb. Onların sayının ən azı, 200 nəfər olduğu deyilir.