Rusiya İsraili narahat edir

скачанные файлы (5)Rusiyanın Suriyaya birbaşa hərbi dəstək verməyə başlamasından narahat olan İsrail Baş nazir Putin ilə görüşdü.
İsrail Baş naziri Netanyahu Rusiya Dövlət başçısı Putin ilə görüşdü. Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşdə İsrail Baş naziri Netanyahu, ‘ziyarətinin məqsədinin Rus və İsrail qüvvələri arasında səhv anlaşma yaranmasının qarşısını almaq olduğunu’ söylədi. Netanyahu, Suriyada Hizbullaha silah tədarükü təmin edilməsini, Suriya ordusunun və İranın İsrailə qarşı ‘ikinci bir cəbhə’ açmasını qarşısını almağa qərarlı olduqlarını da ifadə etdi.
“Suriya, öz dövlətini qorumağa çalışır” Rusiya Dövlət Başçısı Putin də Rusiyanın Yaxın Şərqdəki hərəkətlərinin “hər zaman çox məsul olduğunu və belə olmağı davam etdirəcəyini” söylədi. Putin, “Suriya ordusunun və ümumi olaraq Suriyanın ikinci bir cəbhə açacaq vəziyyətdə olmadığını görür və bilirik. Suriya öz dövlətini qorumağa çalışır ” deyə fikirlərini İsrailin Baş nazirinə çatdırıb.
İsrail mətbuatına görə Netanyahu hökuməti, zaman zaman Hizbullaha silah göndərmə nöqtələrini hədəf alan və Suriyadan edilən raket atışlarına cavab verən İsrail döyüş təyyarələrinin, Rus reaktivləri və Rusların nəzarət etdiyi zenit sistemləriylə qarşı-qarşıya gəlməsindən narahatlıq edir. Netanyahuya İsrail Baş qərargah Başçısı General-leytenant Qadi Eisenkot və İsrail Hərbi Kəşfiyyat Şefi general Herzl Halevinin yoldaşlıq etməsi səfərin strateji baxımdan əhəmiyyətini göstərdi.

 

Mətləb BALAKİŞİYEV