Aleksis Çipras yenidən baş nazir vəzifəsində

1435952310_76534356Hökuməti qurma səlahiyyətini almaq üzrə bu gün prezident Prokopis Pavlopulosu ziyarət edən Çipras, Müstəqil Yunanlılar Partiyası (ANEL) ilə razılaşaraq parlamentdə əksəriyyəti təşkil etdiyini bildirməsi üzərinə, prezident Pavlopulosun hüzurunda siyasi and edərək baş nazirlik vəzifəsinə başladı.
Çipras, Yunan kilsəsi nümayəndələrindən heç kimin qatılmadığı mərasimin ardından yaxın iş yoldaşlarından Nikos Pappas və Olga Gerovasili ilə birlikdə dövrü təslim mərasimi üçün baş nazirlik qərargahına keçdi.
“ANEL” Ümumi Başçısı Panayiotis Kammenos, bu gün Çiprası ziyarət etməsinin ardından verdiyi açıqlamada, hökuməti qurma mövzusunda “SYRIZA” ilə razılaşdıqlarını ifadə edərək, Çiprasın axşama qədər baş nazir olacağını açıqlamışdı.
Bu vaxt, Baş nazir Çiprasın, koalisiya hökumətinə dəstək verməsi üçün Paso və Potami partiyası ilə də görüşdüyü bildirildi. Yunan mediasında əks olunan xəbərlərdə, Çiprasın təmaslarını tamamlamasının ardından çərşənbə günü yeni kabineti açıqlayacağı ifadə edildi.

 

Mətləb BALAKİŞİYEV