Bin Ladenin köməkçisi öldürüldü

1131130_620x410Əl Qaidənin qurucularından Əbu Həsən əl-Tunisi, təşkilatın Suriya qolu Nusra Cəbhəsinin tərəflərində döyüşərkən öldürüldü.

Suriya İnsan Haqqları Nəzarətxanası, əl- Tunisinin cümə günü ölkənin şimalındakı İdlib vilayətinə bağlı şiə kəndləri Fua və Kefrayaya istiqamətli hücumlar əsnasında öldüyünü bildirdi. Əslən Tunisli olan, bir çox qarşıdurmadan yaralı olaraq xilas olan Tunisi, ABŞ-ın axtarılanlar siyahısında yer alırdı.
60 yaşında olduğu təxmin edilən Tunisi, Əl Qaidənin köhnə lideri Usamə Bin Ladenin köməkçisi olaraq da tanınır. Digər tərəfdən Suriya rəhbərliyi və silahlı qruplar, dünən Fua və Kefrayanın yanında, ordunun ələ keçirməyə çalışdığı Zebadanidə müddətsiz atəşkəs mövzusunda razılaşma əldə etdi.

 

Mətləb BALAKİŞİYEV