Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq, beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O  bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.