Bu tәyinat saxta seçkinin mәntiqi nәticәsidir

cemilhesenli

Milli Şuranın sədri Cəmil Həsənli Novruz Məmmədovun Baş nazir təyin olunmasını İlham Əliyevin keçirtdiyi saxta seçkilərin məntiqi nəticəsi kimi qiymətləndirib:

“Bu da islahat gözləyənlərə tutarlı cavab. Əgər xatırlayırsınızsa bir neçə gün öncə 11 aprel seçki saxtakarlığı ilə bağlı Novruz Məmmədovun Mir Şahinə verdiyi müsahibəni paylaşıb doyunca gülmüşdük, seçki saxtakarlığının doğurduğu ağır stresi bir qədər atmışdıq. Gülüşün dozası çox olduğundan İlham Əliyev də bu müsahibədən riqqətə gələrək millətin acığına çörəyi “Duz gölün”ndən çıxan Novruz Məmmədovu qoyur baş nazir. İndi nə qədər istəyirsiniz gülün, ta qarnınız cırılana qədər. Saxta seçkilərin belə duzlu-məzəli nəticələri olmalı idi. Amma heç nə olmasa da duz sənayesi geninə boluna şaxələnəcək, yoxsa xlaq xiyarı şorabaya qoymağa duz da tapa bilmirdi. İlham Əliyevin belə duzsuz təyinatından sonra millətimiz duz sarıdan daha əziyyət çəkməyəçək. Bu da sizin üçün islahat! Özü də duzlusundan!”