ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və ABŞ Dövlət katibinin müavini olmuş Devid Kremer Foreign Policy jurnalında Azərbaycandakı prezident seçkiləri ilə bağlı məqalə dərc ediblər.
Azərbaycanda oktyabrın 17-dә keçirilmәli olan seçki aprelin 11-də keçirilәcәk. Həm də bilirik ki, 2003-cü ildən etibarən hakimiyyətdə olan İlham Әliyev bu postu atasından tәhvil alıb. Azərbaycandakı seçkiləri əsas müxalifət partiyaları boykot edib. Onlar kütlәvi etiraz aksiyaları keçirmәk qәrarı veriblәr. Belә etiraz aksiyalarından biri 31 mart tarixində keçirilib.
Aksiyada iştirak edәnlәrin tәlәblәri saxta seçkilәrә etiraz vә 100-dәn artıq siyasi mәhbusa azadlıq tәlәbi olub.
Əliyevin Azərbaycanı Qәrbin Putinin Rusiyasına xüsusi diqqәtli olması səbəbindən özünü unutdurub. Amma Әliyev rejimi bölgədə ən çox korrupsiyalaşan avtoritarlıqdan biridir.
İllәr ərzində ABŞ-da Respublikaçıların və Demokratların idarәçiliyi dövründə Əliyev belə hallardan sui-istifadə edәrәk xilas ola bilib. Putinin Rusiyasından və Aleksandr Lukaşenkonun Belarusiyasından fərqli olaraq insan hüquqları pozuntularına qarşı sanksiyalar tətbiq olunmadığına görə, Azərbaycan ABŞ və Avropada araşdırılan korrupsiyaya görə cəzadan qaça bilib. Respublikaçı Kris Smit (RN.J.) liderliyində olan Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə qarşı sanksiya qanunu təklif etsə də, səyləri heç vaxt qanun kimi qəbul edilməyib. Azərbaycan ötən ilin dekabrında ilk dəfə Tramp administrasiyasının həyata keçirdiyi Qlobal Magnitsi Aktı çәrçivәsindә tәtbiq edilmәsi gündәmә gәlәn sanksiyalardan çəkinirdi.
Çünki Bakı əhəmiyyətli bir neft istehsalçısıdır . Əfqanıstanda ABŞ qüvvələri üçün tədarük marşrutunun bir hissəsi olmağından faydalanır. Azərbaycan özünü çətin bir regionda, Rusiya ilә İran sərhəddində yerləşən və Ermənistanla münaqişədә olan orta şərq müsəlman ölkəsi kimi təqdim edir. Putinin və ABŞ-ın Əfqanıstan üçün təhlükəsiz qalan yolları tələb edən təhdidləri nəzərə alaraq, bəziləri iddia edirlər ki, Amerika insan haqları sahәsindә Əliyevə tәzyiq etmәklә Azərbaycanı özündәn uzaqlaşdıracaq.
Amma sakit diplomatiya siyasəti uğursuz oldu. Uzun illərdir Əliyevə keçid verərək, ABŞ hökuməti Azərbaycan xalqına və ya ABŞ-ın regiondakı maraqlarına heç bir xeyir vermədi. Birləşmiş Ştatlar və digər Qərb ölkələri demokratiyanın təkamülünə, insan hüquqlarının və dini azadlığın inkişafına, korrupsiyanın aradan qaldırılmasına və Birləşmiş Ştatlarla əsl strateji tərəfdaşlığının yaradılmasına olan ümidləri pozaraq, Əliyevin daxili siyasətinin möhkәmlәndirmәk üçün imkanlara çevrildilәr.
Prezident İlham Əliyev 100-dən çox siyasi məhbusun qanunsuz olaraq həbsdə qaldığı bir vaxtda prezident seçkilərinin tarixini önә çәkdi.
Əliyev, həmçinin ifadə azadlığına qarşı təzyiqlərə başlayıb. Gənclər, feysbuk statuslarına görə həbsxanaya gedirlәr. Bir müxalifət jurnalisti qonşu Gürcüstandan oğurlanıb. Milli Məclisdə Əliyevin siyasi partiyasının üzvləri sosial şəbəkənin tamamilə bağlanılmasına çağırırlar. Demokratiya və insan hüquqları ilə məşğul olan xarici qeyri-hökumət təşkilatları ölkədən çıxarılıb. Rejimin istәyinә uyğun fәaliyyәt göstәrmәyәn bütün yerli QHT-lәr bağlanıb.
İqtisadi islahat və şaxələnmə haqqında bütün ritorikalara baxmayaraq Azərbaycanda sovet tipli bir iqtisadiyyat modeli qalmaqdadır. Dövlət və ya oliqarxlara məxsus müəssisələr üstünlük təşkil edir. Bazar qüvvələri prezident əmrləri ilә idarә olunur. Sahibkarlar cəzalandırılır. Neft və qaz ixracına və çökmüş bank sisteminə həddən artıq asılılıq iqtisadiyyatın qeyri-bərabər və dəyişilməz qalmasını təmin edir.
Əliyev hökuməti enerjidәn əldə olunan 120 milyard dollardan artıq gәlirlәri ofşor zonalara yatırıblar. Prestij tikinti layihələri elitlə tәbәqәlәrә vә onların ailәlәrinә xidmәt edir. Onlar Londonda vә Xəzər dənizin sahillәrindәki yüksək səviyyəli villalarda yaşayarkәn, orta yaşlı azərbaycanlılar isə qeyri-standart tibbi sığınacaqlarda yaşayırlar və onların uşaqları pis təhsil alırlar. Azərbaycan liderləri ölkәyә bütöv olaraq deyil, yalnız özlərininki kimi baxırlar.