Dünyanın ən kasıb prezidenti öz evini Suriyalı uşaqlara açdı

“Dünyanın ən kasıb dövlət başçısı” kimi tanınan və vəzifə müddəti boyunca maaşını yardım komissiyalarına bağışlayan keçmiş Uruqvay Prezidenti Jos “Pepe” Mujica, yazlıq evində yüz Suriyalı uşağı qəbul edəcək.

José Mujica
True Activistteki xəbərə görə, bu ilin Mart ayında vəzifə müddəti dolan keçmiş Uruqvay prezidenti Joze “Pepe” Mujica isə yaşadığı evini Suriya müharibəsindən qaçan yüz yetim uşağa açacağını bildirib.
Prezidentliyi dövründə 2014 ildən bəri Suriya böhranını beynəlxalq məcrada yüngülləşdirməyə və qaçqın probleminə bir həll axtarmağa çalışan Mujica, hazırda səylərini davam etdirir. Yahoo Newsda yer alan xəbərə görə, Mujicanın otlaqlarla əhatəli çay ağzındakı bağ evini gələcək qaçqın uşaqlarına açıq halda saxlanır. Bu ərazinin zaman keçdikcə, siyasi münaqişələr arasında qalıb həyatını xilas etməyə çalışan yüzlərlə şəxs üçün bir sığınacaq mərkəzi olacağı da güman edilir.
Qonaq qəbul edəcək uşaqların Yaxın Şərqdəki qaçqın düşərgələrindən alınıb Oktyabr ayının əvvəllərində Mujicanın evinə gətirəcəkləri ehtimal edilir. Birləşmiş Millətlər Qaçqın Komissiyasının (UNHCR) qaydaları çərçivəsində hər bir uşaq ailə üzvlərindən bir mühafizəçi ilə birlikdə səyahət edəcək. Gələcək qaçqınların baxım xərclərinin Uruqvay hökuməti tərəfindən qarşılanacağı görə sığındırılacak uşaq sayı hələ müəyyən deyil.

Mətləb BALAKİŞİYEV