Siyasi məhbus, azel.tv saytının baş redaktoru Əfqan Sadıqovun ətrafında müəmmalı oyunlar başlayıb. Bu barədə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı məhbusun ailəsinə istinadla məlumat yayıb. “Əfqan Sadıqov ailəsinə zəng edərək özünü yaxşı hiss etmədiyini, çox narahat olduğunu deyib. “Mənə Bakı İstintaq Təcridxanasında da, burada – 17 saylı CÇM-də də hər gün müxtəlif bəhanələrlə 2-3 iynə vururlar. Bu, mənə çox pis təsir edir. Düşünə bilmirəm, beynim dumanlıdır, özümə gələ, fikrimi toparlaya bilmirəm” deyib ailəsinə. Bu, onu göstərir ki, Əfqan Sadıqova qarşı müəyyən planlar var və CÇM rəhbərliyi məhbusun iradəinin ziddinə ona mənşəyi məlum olmayan iynələr vurulmasına aydınlıq gətirməlidir. Əfqana ciddi ictimai dəstək göstərməli, onu tək buraxmamalıyıq. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bilməlidir ki, Əfqanın başına gələcək hər hadisəyə görə, məsuliyyət onların boynuna düşəcək”, – deyə Zeynallı qeyd edib.
Related Posts
Siyəzəndə əhali evakuasiya olunur.
- admin
- 27/08/2017
- 0
Hərbi hissənin silah anbarında baş vermiş partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası […]
Azərbaycanda ölülərdən donor kimi istifadə edilir
- admin
- 01/07/2017
- 0
Azərbaycanda oftalmoloqlarla morqların şok qanun pozuntusuna səbəb olan işbirliyi ilə bağlı məlumat yayılıb. Xəbərnamə.info xəbər verir […]
” Çingiz Hacıyev- bu adam Eldar Mahmudovun şərlədiyi insanların mənzilinə, avtomobilinə silah-narkotik qoyan şəxs kimi MTN-də tanınıb”
- admin
- 24/04/2016
- 0
Pərviz Həşimli ona qarşı keçirilən MTN əməliyyatı ilə bağlı yeni detalları ictimailəşdirdi Bu yaxınlarda azadlığa […]