Seçkini saxtalaşdıranlara böyük pullar ayrılıb

Qubad İbadoğlu

Prezident seçkilərinə 69 milyon manat vəsait ayrılıb.

Büdcədən hər seçiciyə 13 manat xərclənəcək.qubad-ibadoglu1

2018-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sərəncamında olan büdcə 71 milyon 340 min 362 manat olacaq. Bu vəsaitin 2,4 milyon manatı komissiyanın saxlanılması xərclərinə, 69 milyon manatı isə prezident seçkisinə yönəldiləcək. Belə ki, büdcə vəsaitinin 6,16 milyon manatı seçki siyahılarının dəqiqləşdirilməsinə, 7,64 milyon manatı dairə seçki komissiyalarının saxlanılmasına, 55 milyon 136 min 429 manat 29 qəpiyi isə Azərbaycan Respublikası Prezidentinin seçkisinin keçirilməsinə məsrəf (oxu israf) olunacaq.
Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxs yaşadığını nəzərə alsaq onda büdcədən hər seçiciyə 13 manat xərclənəcək.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.