“Salam, Hər vaxtınız xeyir!
Əziz həmvətənlər, Azərbaycanı tərt etmək məcburiyyətində qalaraq, Avropanın müxtəlif ölkələrinə mühacirət edən həmvətənlərimizə qarşı hökumətin apardığı kampaniya artıq bütün sərhədləri aşmaqdadır. Bu kampaniyanın başında prezident yardıçmısı Əli Həsənov və digər iriranqlı məmurlar dayanır. Azərbaycan hakimiyyəti bütün işini,gücünü bir yana atıb vətəninin, doğmalarının həsrətiylə qürbət elin künc-bucağında başını girəliləyən bir neçə gəncin üstünə düşüb. Hökumət və Əli Həsənov Azərbaycandan qovduqları gənclərə həsr etdikləri enerjini Qarabağın azadlığına sərf etsəydilər ,ən azı bir neçə rayonumuz işğaldan azad olunardı.
Azərbaycan siyasətinə söyüşün məhz YAP hakimiyyəti tərəfindən gətirildiyi heç kimə sirr deyil. Bu barədə geniş bir yazı ilə çıxış etmişəm. Həmin yazıda mərhum Cəlal Əliyevdən tutmuş İlham Əliyevə qədər, Mirşahindən tutmuş ƏliHəsənova və Hafiz Hacıyevə qədər hamısının söyüş mədəniyyətilərindən nümunələr təqdim etmişəm.
Bu gün isə, bir zamanlar İlham Əliyev də daxil olmaqla hakimiyyətin üst təbəqəsinə “bu itlərə deməliyik ki, bizi öldürsəniz də qorxmayacağıq”deyə, xitab edən Azər (Mandata) Həsrətin AzTvdəki çıxışından bir neçə cümləsinə toxunmaq istəyirəm. Mərhum jurnalist Elmar Hüseynov qətlə yetiriləndə hökuməti ən ağır ifadələrlə söyən Azər bəy bəzi jurnalistləri də mövqeysizlikdə ittiham edirdi. Deyirdi ki, bir ayağınız müxalifətdə, bir ayağınız da hakimiyyətin yanında olmasın. Ya orda olun, ya burda. İndi, bilmirəm hansı səbəblər Azəri cut tulladıb hökumətin yan-yörəsinə fırıldadıb. Bildiyim odur ki, “qonşudan geri qalmamaq” üçün bu dəfə Həsrət zavallı mühacirləri asıb-kəsir. Əli Həsənovun hücum komandasını ləyaqətlə yerinə yetirdiyini nümayiş etdirən Azər bəy, iddia edir ki, ölkəni tərk edənlər Azərbaycan cəmiyyətində özlərini realizə edə bilməyiblər. Yaxud nəinki ölkədə heç ailələrində özlərini doğrultmayıblar ki, ailə üzvləri onlardan imtina edirlər. Sonra onların heç avropalı ola bilməməsini də deyir və xarici qüvvələrə işləməkdə ittiham yağdırır.
Azər Həsrət, hökumət sənə bundan sonra ən yaxşı halda deputat mandatı verə bilər. Bu qədər mövqeysizlik bir mandata dəyərmi, onu özün müəyyən etməlisən. Mən isə bu ittihamları bir bir cavablandırmıram. Çünki, sən də bilirsən ki, hamısı yalandır və Əli Həsənovun böhtanına özünü şərik etməklə “afərin” qazanmaq istəyirsən. Amma növbəti ittihamını cavabsız qoya bilmərəm. AzTv-nin efirindən deyirsən ki, bu adamlar doğuşdan zibil kimi doğulublar. Sən təkcə bu gəncləri deyil, Azərbaycan ailəsini, Azərbyacan anasını, atasını təhqir edir, zibil adlandırırsan. Unutma, məhz bu ittihamda sənin də xüsusi payın var.
Əziz həmvətənlər, hökumət Əli Həsənov timsalında var gücü ilə bir neçə gənci bəhanə edib söyüş siyasətini davam edir. Bunlar ölkəni hər mənada dağıdıblar, indi dava salıb aradan çıxmaq, yaxud suçu digərlərinin üzərinə atmağa çalışırlar”.
Xebername.İnfo jurnalist Cavid Cabbarlının videomüraciətini təqdim edir: