“Əli Həsənovun prezidentliyə namizədə zəng vurması qanunla qadağandır”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.

Ə. Həsənov bu barədə APA-ya danışıb. O, bildirib ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlayıb.загружено (2)

“Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır. Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, – Ə. Həsənov deyib.

Hüquqşünas Ələsgər Məmmədli hazırki prezidentin köməkçisinin prezidentliyə namizədə zəng edib istiqamət verməsini seçkiyə inzibati müdaxilə kimi dəyərləndirib.

“Qanunvericilik onun namizədlərə belə tövsiyə verməsini qadağan edir. Ə.Həsənov inzibati institutun rəhbəri olaraq çox önəmli funksiyanı həyata keçirən bir tərəfin, daha doğrusu, hakimiyyətin icra strukturlarına rəhbərlik edənin köməkçisi olaraq Hafiz Hacıyevə zəngi seçki prosesinə müdaxilə sayılmalıdır”.