Kərim Kərimov
Bir vaxtlar məğrur Cəbrayıl əhalisi 50 min nəfərlik ordu olaraq öz doğma torpaqlarını erməni quldurlarindan mudafiə edirdi. Hətta ətrafdakı ermənilər yaşayan 14 kənd də quldurlardan təmizlənərək mudafiə xətti rayon mərkəzindən 15-20 km şimala doğru çəkilmiş və bütün hündürlüklər hərbçilərimizin nəzarətinə keçmişdi. Cəbrayıl alayi hərbi təlimata uyğun 10 km əvəzinə 50-55 km mudafiə xəttini qoruyurdu. Cəbrayıl fovqəladə vəziyyət rayonunda həyat öz axarı ilə davam edirdi, dinc dovrdə olduğu kimi, sadəcə, əhali son dərəcə ayıq və hazırlıqlı idi düşmən hücumuna qarşi. Camaatimizin bu dəyanətini o vaxt rayona gələn dovlət numayəndələri də xüsusilə qeyd edirdilər. Düşmənə qarşı birgə müqavimət idi bu nailiyyətin səbəbi. Hətta 1993 -cü il iyun hadisələrindən sonra da, başqa bolgələrdən fərqli olaraq, bizim rayonda ordu-əhali birliyi nəinki pozulmadı, əksinə daha da gücləndi. 1993-cü ilin iyunundan etibarən Horadiz maddi təchizat bazasından alayımızın təchizatı xeyli azalsa da bu, hərbçilərimizin vəziyyətinə təsir göstərmədi, çünki əhali və təsərrüfatlar öz yardımlarını bir az da artırdılar. Lakin 1993-cü il avqustun 16-da hərbi rəhbərlikdən atəşin dayandırılması barədə Cəbrayıl hərbi hissəsinə verilən əmrdən sonra (belə bir əmrin olması barədə mən sonralar bilmişəm) rayonda vəziyyət son dərəcə gərginləşdi.
Nəhayət, avqustun 23-də rayonun mərkəzi Rusiya silahlıları tərəfindən zəbt edilərək erməni separatçı quldurlarına təhvil verildi – baxmayaraq ki, həmin dovrdə rayonda Heydər Əliyevin göndərdiyi indiki “Qaçqınkom”un sədri Əli Həsənovun rəhbərlik etdiyi Dovlət Komitəsi də fəaliyyət gostərirdi. Cəbrayılın işğalı, Cocuq Mərcanlı istisna olmaqla, 1993-cü il oktyabrın 23-də başa çatdı. Və bundan sonra da, dəfələrlə Cəbrayılin azad edilməsi üçün uğurlu əməliyyatlar başlansa da, yüksək hərbi komandanlığın “GERIYƏ!” əmri ilə hücumlar dayandırıldı. Əlbəttə ki, bu dəhşətli bir xatırlatmadır…
Ən dəhşətli hadisələr isə bu ilin fevralından başladı. Biz Xocalı faciəsini yad etməyə hazırlaşdıgımız bir vaxtda erməni separatchıları fevralın 22-də Moskvada Rusiyanın dovlət adamları ilə birgə toplantıda Qarabağın işgalının 30 illiyini qeyd etdilər və Qarabağın müstəqil “Artsax” respublikası kimi tanınması üçün BMT-na müraciət qəbul etdilər. Bu müraciətin ən yaxın acınacaqlı nəticəsi isə Qarabağ separatçılarının başçısı Bako Saakyanın Amerika konqresində təntənəli qarşılanması oldu. Ermənilər BMT-na muraciət etdikdən sonra Rusiyanin TV kanalları ermənilərin Cəbrayılda abadlıq işlərinin “yeni mərhələsinə” başlamaları barədə məlumat yaydılar. Yəqin ona gorə “yeni mərhələ” ki, artiq orada öncə bir kilsə və yaşayiş binaları tikilmişdi. İndi isə müqəddəs məkanımızda yeni obyektlər, parklar, əyləncə mərkəzləri və sair tikməyi planlaşdırırlar. Biz Cəbrayıllilara qarşı, ümumən Azərbaycan dövlətçiliyinə qarşi yönəlmiş bu təhqir, rəzalət dövlətçiliyimizi qorumağa and içmiş İlham Əliyevin bilavasitə gozləri qarşısında baş verir. Cəbrayılın və işgal olunmuş bütün digər ərazilərimizin abadlıq adı ilə məhv edilib mənimsənilməsini istəmiriksə, bu işləri başa çardirmaq üçün ermənilərin hələ 7 il də möhlət almalarına imkan verməyək!
Yenidən və daha sıx birləşməklə qələbəyə nail olmaq mümkündür. İlham Əliyevin təyin etdiyi seçkiyə, onun prezident seçilməsinə, ölkəmizin xaricdən və daxildən talan olunmasına, vətən torpaqlarımızın işğal altında qalmasına etiraz bildirmək üçün hamını 31 mart 2018 tarixdə saat 15:00-da Milli Suranın “Məhsul” stadionunda keçirəcəyi MITINQDƏ iştirak etməyə çağırıram!