Saytımıza məlumat verən ictimai fəal Emin Manafov bildirdib ki, həyat yoldaşımın əmisi Mətləb Nəbiyev ailə-məişət münaqişəsi zəminində mənimlə düşmənçilik aparmağa davam edir: “Mənim müstəqil düşüncəli olmağım və hakimiyyətə yönəlik tənqidi fikirlər deməyim onun xoşuna gəlmir. Çünki, o Yeni Azərbaycan Partiyasının üzvüdür. Buna görə də hesab edir ki, mən də “Azərbaycanın gözəl inkaşfından” danışmalıyam.
E.Manafov daha sonra bildirdi ki, bütün baş verənlərlə yanaşı Sabunçu rayonu icra hakimiyyəti tərəfindən onun evi sökülüb: “Həmin ərazidə baxsanız hamının evi var və yalnız mənim evim sökülüb. Bu o deməkdir ki, bütün bunlar mənim siyasi mövqeyimlə bağlıdır. Lakin, bildirirəm ki, nə olursa olsun mən əqidəmi dəyişməyəcəm. Azərbaycanda hər şey vəzifə adamları üçündür. Yaxşı yaşamaq, rüşvət almaq, xalqın malını yemək və s. Məsələn, məmurların Azərbaycanda hər hansı bir biznesə sahib olmaqları qanunla qadağandır. Amma nədənsə bu qanuna məhəl qoymayan Sabunçu rayon icra başçısı Adil Vəliyev böyük biznesin sahibidir. Azərbaycanda Audi, Seat, Porsche avtomobil markalarının rəsmi dilleridi. Bir çox böyük obyektlərin, mağazalarin sahibidi. Sabunçu rayonunu öz mülkünə çevirib istədiyi kimi idarə edir. Mənim kimi ev tikmək istəyən hər bir vətəndaşdan pul tələb edir. Verməyənləri isə məni kimi evsiz qoyur”.
Gənc aktivist sonda onu da bildirdi ki, şikayət etməyə yer yoxdur: “Azərbaycanda şikayət ediləcək yer yoxdur. Prezident Aparatına məktub yazıram, İcra Hakimiyyətindən məni çağırırlar ki, bizdən şikayət etmisən. Çox çətindir ölkədə vəziyyət. Həm də hökumət strukturları mənim qanuni tələbimə baxmayacaqlar ki, təbii ki, “korrupsiya maşınının” bir elementi olan Adil Vəliyevin tərəfini saxlayacaqlar. Bu Azərbaycan rallığıdır”